18.04.2025Dillər və ədəbiyyatlar depatamentinin müdiri Türkmənistanda keçirilən Beynəlxalq konfransdaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova 2025-ci il aprelin 17-18-də Məxtumkuli adına Türkmənistan Dövlət Universitetində YUNESKO-nun “Mədəni irs: keçmişdən gələcəyə” kafedrasının təşkilatçılığı ilə distant formatda keçirilən “Mədəni irsin öyrənilməsi və qorunmasında sülhün və etibarın rolu” mövzusunda beynəlxalq elmi konfransında çıxış etmişdir. Türkmənistan ali təhsil, elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, alimlərin, tədqiqatçıların, doktorantların, YUNESKO-nun kafedra və nüm...
17.04.2025Şuşa İslam dünyasının mədəniyyət paytaxtı – 2024” ilinin bağlanış mərasimi və I İslam Dünyası Mədəniyyət Forumu2025-ci il aprelin 17-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Şuşa Hotel”in Üzeyir Hacıbəyli salonunda “Şuşa İslam Dünyasının Mədəniyyət Paytaxtı – 2024” ilinin bağlanış mərasimi və “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu keçirilmişdir. Beynəlxalq tədbirdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy da iştirak etmişdir. Forumda Azərbaycanın və dünyanın mədəniyyət xadimləri Qarabağ və Azərbaycanı...
16.04.2025Türkologiyaya yeni töhfəXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru Dr. Sevinc Qəmbərlinin həmmüəlliflərindən biri olduğu “Türk dillərinin müqayisəli tədqiqi” kitabı işıq üzü görmüşdür. Kitab AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi Dos. İnci Qasımlının təşkilatçılığı ilə ərsəyə gəlmişdir. Kitabda 10-dan çox türkoloq-alimin müxtəlif türk dillərinə aid olan araşdırmaları və bu dillərə məxsus lüğətlər yer almışdır....
13.04.2025Gələcəyini Qur!” layihəsinin iştirakçıları “Xəzər”də2025-ci il aprelin 13-də “Gələcəyini Qur!” layihəsinin iştirakçıları olan 10 və 11-ci sinif şagirdləri ilə universitetin Mərmər salonunda görüş keçirildi. Tədbir “Gələcəyini Qur!” Layihəsinin həmtəsisçisi Bəhruz Hidayətzadə və Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı Raziyə İsayevanın çıxışları ilə başladı. Dillər və Ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy universitet haqqında təqdimatla çıxış etdi və abituriyentlərin suallarını cavablandırdı. Layihənin ötən illərinin məzunları - hazırda Xəzər Universiteti...
17.03.2025İsmayıllı şəhəri Niyal kurslarının dinləyiciləri ilə görüş2025-ci il martın 17-də Xəzər Universitetinin Mərmər salonunda İsmayıllı şəhəri Niyal kurslarının dinləyiciləri ilə görüş keçirilmişdir. Universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy abituriyentlərə universitetin tədris prosesi və təhsil imkanları barədə ətraflı məlumat vermişdir. Niyal kurslarının məzunu, Xəzər Universitetinin İbtidai sinif müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Sevda Nəbiyeva universitetdəki pozitiv ovqat və keyfiyyətli tədris prosesi ilə bağlı öz təəssüratlarını bölüşmüşdür. Universitetin Ps...
13.03.2025Tələbələr Bakı Yunus Əmrə İnstitutunda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə tələbələri 2025-ci il martın 13-də Yunus Əmrə İnstitutunda Beşir Ayvazoğlunun “Evə dönən şair: Yahya Kemal” adlı seminarında iştirak etdilər. Seminar Yahya Kemal`ın keşməkeşli həyatına və ədəbi yaradıcılığına həsr olunmuşdu. Tədbirin birinci hissəsi Yahya Kemal`ın ailə durumu, təhsili, maraqları kimi mövzuları əhatə etsə də, ikinci hissəsində ədibin şeirləri oxundu və həyatına dair bir çox şəkil təqdim edildi. Sonra iştirakçıların m...
12.03.2025Televiziya və radio aparıcısı Saleh Bağırovla tələbələrin görüşü2025-ci il martın 12-də Karyera və Məzunlar Mərkəzinin və Dillər və Ədəbiyyatlar departamentinin birgə təşkilatçılığı ilə Xəzər Universiteti Nərimanov korpusunun İnciçiçəyi salonunda Azərbaycan dili və ədəbiyyat müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə təhsil alan tələbələr üçün televiziya və Radio aparıcısı, aktyor Saleh Bağırovun “Qloballaşan dünyada ədəbi danışıq dilinin və düzgün nitqin əhəmiyyəti” mövzusunda seminarı keçirildi. Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva tədbiri açaraq, Mərkəzin...
11.03.2025Dərs zamanı Çərşənbə adətləri2025-ci il martın 11-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Aynur Qəzənfərqızı dərsdə Novruz adətlərini tətbiq etdi. Müəllim əvvəlcə tələbələrə Novruz bayramının zəngin adət ənənələri barədə ümumi məlumat verdi. Sonra bu adətləri dərs mövzusuna uyğun şəkildə tətbiq etmək məqsədilə tələbələrinə vəsfi-hal mərasimini tanıtdı. Vəsfi-hal Novruzun ənənəvi adətlərindən biridir. Bu mərasimdə hər bir iştirakçı özünə aid bir zinət əşyasını su dolu bir kasaya qoyur və kasanın üstü süfrə ilə örtülür. Ardınca bayatı o...
07.03.2025Buraxılış imtahanına psixoloji hazırlıq " adlı vebinar2025-ci il martın 7-də Xəzər Universiteti İsmayıllı rayonundakı “Niyal kursları” ilə birgə "Buraxılış imtahanına psixoloji hazırlıq" adlı vebinar keçirmişdir. “Niyal kursları”nın müdiri Həsən Məmmədov giriş sözü ilə çıxış etmiş və vebinarın əhəmiyyətini vurğulamışdır. Vebinarda Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy universitetin tədris prosesi və təhsil imkanları barədə ətraflı məlumat vermişdir. Psixologiya departamentinin koordinatoru, psixoloq Mələk Kərimova vaxtın idarə edilməsi, imtahan prosesində həyəcanın aradan qa...
28.02.2025Dillər və ədəbiyyatlar departamentinin müəlliminə fəlsəfə doktoru diplomu təqdim edilibAzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 fevral 2025-ci il tarixli qərarı ilə Xəzər Universitetinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin doktorantı, həmçinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi İlkiyyə Hacıyevaya (Məmmədova) 5716.0 – Azərbaycan ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Fəlsəfə doktoru diplomu İ.Hacıyevaya fevralın 28-də təqdim edilmişdir....
27.02.2025Dillər və ədəbiyyatlar departamentinin Bakı Yunus Əmrə İnstitutu ilə birgə seminarı2025-ci il fevralın 27-də Bakı Yunus Əmrə İnstitutunun təşəbbüsü və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Nərimanov kampusunda “Oxumaq, yazmaq və yaşamaq” adlı seminar keçirilib. Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun direktoru Güven Çolak, Dillər və ədəbiyyatlar departamentinin müəllim heyəti və universitet tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova iştirakçıları və qonaqları salamlayaraq, “Türkiyə və Türkoloji Konfranslar Si...
27.02.2025Dillər və ədəbiyyatlar departamentinin müəllimi APA-ya müsahibə veribXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Dos. Rasim Heydərov APA-ya müsahibə verib. Müsahibə ərzində dilin tərkibi, dilə əcnəbi sözlərin gətirilməsi, onların xalq tərəfindən mənimsənilməsi prosesi, dil hadisələrində dilçi və alimlərin, yazıçıların, tərcüməçilərin və xalqın rolu, yeni lüğətlərin yaranma prinsipləri, TV, radio və ümumilikdə, medianın dilə təsiri, gənclərin nitq bacarıqlarında müasir təhsilin funksiyası və adların qoyulmasında Dilçilik İnstitutunun ...
26.02.2025Xəzər Universitetində Xocalı faciəsinin 33-cü ildönümü anılıb 2025-ci il fevralın 26-da Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə universitetin Nərimanov kapmusunda “Köhnə çamadanlar” filminin nümayişi və yaradıcı heyətlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan departamentin müdiri Dos. Dilbər Zeynalova qonaqları salamladıqdan sonra Xocalıda və ümumilikdə vətən uğrunda şəhid olanların xatirəsi yad olunub. “Köhnə çamadanlar” filmində I və II Qarabağ müharibəsində insan taleləri (xüsusilə qadınların) və onların faciələrindən bəhs olunub. Filmin rejissoru Saida Haq...
22.02.2025Alman dili müəllimləri elmi seminardaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin Alman dili müəllimləri Şəlalə Mirzəyeva və Sevinc Allahverdiyeva 2025-ci il fevralın 22-də Azərbaycan Alman dili Müəllimləri Birliyi (DLV) və Alman Akademik Mübadilə Mərkəzi (DAAD) Bişkek filialının birgə təşkil etdikləri seminarda iştirak ediblər. Azərbaycan Dillər Universitetinin Germanistika Mərkəzində keçirilən ikigünlük seminarın moderatorları DAAD-nin Bişkek nümayəndəsi Anja Lange və Guldastan İsmayılova olublar. Seminarın birinci günündə “Elmi işlər və onların yazılması qaydaları”...
21.02.2025“Dilimiz kimliyimizdir: Dilimizi qoruyaq!”2025-ci il fevralın 21-də Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılığı ilə universitetin Mərmər salonunda “Dilimiz kimliyimizdir: dilimizi qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi Azərbaycan dilinin hazırkı səviyyəyə çatmaq üçün hansı çətinliklərdən keçdiyini, necə formalaşdığını və ən əsası dilimizi necə qorumalı olduğumuzu iştirakçılara çatdırmaq idi. Tədbir Azərbaycan Dövlət Himninin ifası ilə başlandı. Xəzər Universitetinin birinci kurs tələbələri Nigar Ələsgərli və Pəri N...
20.02.2025Tələbələr Qanun Nəşriyyatında filoloji təcrübəyə başlayıblar2025-ci il fevralın 20-də Xəzər Universitetinin Mərmər salonunda Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kurs tələbələrinin filoloji təcrübəsi ilə bağlı iclas keçirilib. İclası Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan əvəzi Aygün Verdiyeva giriş sözü ilə açıb və tələbələrə uğurlar arzulayıb. Filoloji təcrübənin rəhbəri, Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy təcrübə haqqında məlumat verib. Qanun Nəşriyyatının İnsan resursları üzrə mütəxəssisi Zərifə Məmmədova tələbələrin nəşriyyatda görəcəklə...
20.02.2025“Dil və cəmiyyət: müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 2025-ci il fevralın 20-də “21 fevral - Beynəlxalq ana dili günü” çərçivəsində “Dil və cəmiyyət: Müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarın məqsədi dil və cəmiyyətin qarşılıqlı əlaqəsini dəyişən cəmiyyətin prinsipləri çərçivəsində müasir yanaşmalarla izah etmək olub. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova seminarı açıq elan etdikdən sonra tədbir əsas məruzəçilərin çıxışları ilə davam ed...
17.02.2025Dillər və ədəbiyyatlar departamenti müəlliminin “Boz dünyaya səyahət” adlı kitabı çap olunubXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, yazar, ədəbiyyatşünas fil.ü.f.d.Yeqzar Cəfərlinin “Boz dünyaya səyahət” adlı kitabı işıq üzü görüb. Üç bölmədən ibarət olan kitabda müəllifin indiyə kimi yazdığı bütün bədii əsərləri toplanıb. “Boz kəpənək” adlı I bölmədə müəllifin müxtəlif səpkili şeirləri verilib. “Qəhvəyi pencəkli oğlan” adlı II bölmə hekayələrdən ibarətdir. III bölmədə isə “Daşlar ulduzlarla görüşəndə” adlı roman yer alıb. “Boz dünyaya səyahət” müəllifin sayca dördüncü kitabıdır. Bundan qabaq onun “Əli Fəhm...
11.02.2025Dillər bölməsinin koordinatorunun məqaləsi beynəlxalq konfransın toplusunda2025-ci il fevralın 11-də Komrat Dövlət Universitetinin (Moldova Respublikası) təşkil etdiyi “Elm. Təhsil. Mədəniyyət” (Bilim. Üüretim. Kultura)” Beynəlxalq Elmi Konfransının materialları işıq üzü görmüşdür. Konfrans materiallarında Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru Dr. Sevinc Qəmbərlinin “Azərbaycan dili şivələri və özbək dilində ortaq sözlər” mövzusunda məqaləsi çap olunmuşdur. 34-a ANIVERSARE A UNIVERSITĂȚII DE STAT DIN COMRAT CULEGERE DE ARTICOLE...
30.01.2025Xəzər Universitetinin əməkdaşı Folklor İnstitutuna direktor təyin edilibXəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı, filologiya elmləri doktoru Hikmət Quliyev AMEA-nın Folklor İnstitutuna direktor təyin edilib. Hikmət Quliyev 6 kitabın, respublikada və xaricdə nəşr olunmuş 60-a yaxın elmi məqalənin müəllifi və bir sıra beynəlxalq konfransların iştirakçısıdır. Onun İnternet folkloruna dair beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) məqalələri çap olunub. Filologiya elmləri doktoru Hikmət Quliyev 2023-24-cü tədris ilindən Xəzər Universitetinin Dillər və ədəbi...
16.01.2025Dillər və ədəbiyyatlar departamentinin müəllimi İctimai Radioda2025-ci il yanvarın 16-da Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Rüstəm Lazımov İctimai Radioda Pərvanə Nadirqızının təqdim elədiyi “Can, Azərbaycan” verilişində qonaq olmuşdur. Veriliş “Mövlanə Cəlaləddin Ruminin irsi” mövzusuna həsr edilmişdir. Verilişi aşağıdakı link vasitəsilə dinləyə bilərsiniz. https://we.tl/t-RuQCVxqOig...
14.01.2025Xəzər Universitetinin kitabxanasında “Sənətin kulisi” verilişi2025-ci il yanvarın 14-də Xəzər Universitetinin Neftçilər kampusunun kitabxanasında “Sənətin kulisi” verilişi çəkilmişdir. Veriliş Kulis.az saytının rəsmi yutub kanalında yayımlanır. Layihənin müəllifi və aparıcısı Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoydur. Veilişin ilk mövzusu “Miflərin müasir həayat təsirləri”dir. Qonaq professor Asif Hacılıdır. Verilişin linki aşağıda verilmişdir: https://www.youtube.com/watch?v=LOizCZux0w8&t=19s...
26.12.2024Natiqlik sənətinin sirləri” mövzusunda dəyirmi masa2024-cü il dekabrın 26-da Dillər və ədəbiyyatlar departamentinin müəllimi, Dr. Sevinc Qəmbərovanın moderatorluğu ilə “Natiqlik sənətinin sirləri” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Əvvəlcə Əməkdar jurnalist, Prof. Qulu Məhərrəmlinin Azərbaycan mətbuatındakı, jurnalistikasındakı rolu, elmi-pedaqoji fəaliyyəti, müəllifi olduğu çoxsaylı kitablar, sənədli filmlər və s. barədə danışılmış, yubileyi münasibətilə təbrik edilmişdir. Sonra Prof. Qulu Məhərrəmli nitq mədəniyyəti, diksiya, nitqin məntiqi və texnikası, dil və nitq anlayışları, mütal...
26.12.2024Dillər və ədəbiyyatlar departamenti müəlliminin məqaləsi TÜRKLAD dərgisindəDillər və ədəbiyyatlar departamentinin müəllimi, Dr. Sevinc Qəmbərovanın “Azərbaycan dili şivələrində əlamət bildirən sözlər” adlı məqaləsi Türkiyənin “Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (Türklad)” dərgisində çap olunmuşdur (2024, cild 8, sayı 2). Dərgi İnternational İndex Copernicus, Google Scholar və s. beynəlxalq xülasələndirmə bazalarında indekslənir. https://dergipark.org.tr/tr/pub/turklad/issue/88677/1519654...
25.12.2024Elmi Şuranın növbəti iclası2024-cü il dekabrın 25-də Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirildi. İclası Xəzər Universitetin rektoru Dos. İradə Xəlilova açaraq, gündəlikdəki məsələləri Elmi Şura üzvlərinin nəzərinə çatdırdı. Sədr İradə Xəlilova Elmi Şuranın tərkibində edilən dəyişikliklər barədə şura üzvlərinə məlumat verdi. Gündəliyin birinci məsələsi olan məzunlar haqqında məlumatları Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Günel Bahəddinova və İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov təqdi...
18.12.2024Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun xatirəsinə həsr olunmuş dərsXəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin rus bölməsi üzrə I kursunda Dillər və ədəbiyyatlar departamentinin müəllimi Pərvin Eyvazov tərəfindən tədris olunan “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin növbəti mövzusu Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Sübhan oğlu Cəfərovun xatirəsinə həsr olunub. Polkovnik-leytenant Ramiz Cəfərovun 50 illik yubileyi ərəfəsinə təsadüf edən dərsdə öncə Azərbaycan...
16.12.2024“Ədəbiyyat səyyahları” (klv.az) saytının keçirdiyi hekayə və esse üzrə respublika müsabiqəsinə yekun vurulub2024-cü il dekabrın 16-da dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetinin “Ədəbiyyat səyyahları” (klv.az) saytının fəlsəfi - irfani mövzuda hekayə və esse üzrə elan etdiyi respublika müsabiqəsinə yekun vurulub. Qaliblərin mükafatlandırma mərasiminə universitetin müəllim - tələbə heyəti, müsabiqəyə sponsorluq edən NAB Holdinqin və Mövlana Ədəbi - Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) əməkdaşları, habelə Füzuli poeziyasının pərəstişkarları qatılıb. Xəzər Universitetinin Mərmər salonunda ...
10.12.2024Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdləri ilə görüş2024-cü il dekabrın 10-da Xəzər Universitetinin Mərmər salonunda Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdləri ilə görüş keçirilmişdir. Universitetin Psixologiya Mərkəzinin direktoru Mələk Kərimova vaxtın idarə edilməsi, imtahan prosesində həyəcanın aradan qaldırılması və səmərəli çalışma metodları ilə bağlı çıxış etmişdir. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy Xəzər Universiteti haqqında məlumat vermiş və abituriyentlərin suallarını cavablandırmışdır. Gimnaziyanın Azərbacan dili və ədəbiyyatı m...
06.12.2024“Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” mövzusunda I Beynəlxalq Elmi Simpozium2024-cü il dekabrın 5-6-da Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu, Nar, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi, AMEA, Türkiyənin Ege, Atatürk, Qars Qafqaz universitetləri və Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin dəstəyi və tərəfdaşlığı ilə “Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” mövzusunda I Beynəlxalq Elmi Simpozium keçirilib. Simpozium Azərbaycan dilinin və ədəbiyyatını...
03.12.2024Dillər və ədəbiyyatlar departamenti dosentinin həmmüəllifi olduğu məqalə “Edeb Erkan” jurnalındaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dosenti Zivər Hüseynli Baylan`ın Mardin Artuklu Universitetinin (Türkiyə) dosenti Esra Doğan Turay`la həmmüəllifi olduğu “Qizilbash crown and etiquette of wearing it in Mazlum Shirazi’s Nasabname-i Shah-i Alampanah Shah Tahmasb Safavid and its translation” (“Məzlum Şirazinin “Nəsabnameyi-Şahi-Aləmpənah Şah Təhmasib Səfəvi” əsərində və tərcüməsində Qızılbaş tacı və onun geyinmə ədəbi”) adlı məqalə Türkiyədə yayımlanan beynəlxalq indeksli “Edeb Erkan” jurnalında (2024-cü il, 6-cı sayı) də...